SİZİN REKLAM BURADA!
055 213 76 73


İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olaraq ən uca məqama yüksələn oğullarımızdan biri polkovnik Şükür Həmidovdur.

BAKU.WS xəbər verir ki, aparıcı Lalə Azərtaşın “Təsir dairəsi” proqramı şəhidin həyat yoluna işıq salıb. Verilişin çəkiliş heyəti Şükür Həmidovun atası Nəriman bəylə onun şəhid olduğu Qubadlı rayonunun Mahmudlu kəndinə yollanıb.

Əslən Qubadlıdan olan polkovnik Həmidov buranı tərk edəndə 18 yaşı olub. O, Lələtəpənin azad olunmasında şücaət göstərərək qısa müddətdə polkovnik rütbəsinə yüksəlib və mili qəhrəman olub. Lələtəpəyə ayaq basan ilk oğullarımızdan biridir Şükür Həmidov...

Şükür Həmidovun atası onun şəhadətə yüksəldiyi yerə gedib. Həmin an göz yaşlarını saxlaya bilməyən ata övladının şəhid olduğu torpağı öpərək bağrına basıb. Onun çarəsiz göz yaşları izləyənlərə kədərli anlar yaşadıb. Hönkür-hönkür ağlayan atanın ürək parçalayan görüntüləri hər kəsi göz yaşına boğub.

BAKU.WS
VİDEO

QALEREYA