13 yaşlı qızın ürəksızladan həyatı: "Anam məni yağışın altında diləndirirdi, kəmərlə döyürdü" (VİDEO)
Bu qızcığaz 7 il küçələrdə bu şəkildə dilənməyə məcbur edilib. Səhər tezdən küçlərə çıxarılıb və gecə yarısınadək valideynləri tərəfindən zorla diləndirilib.
Xezerxeber.az məlumat verir ki, 13 yaşlı qız, uşaqlığını həmyaşıdlarından fərqli olaraq küçələrdə dilənərək keçirib. Onun sözlərinə görə, anası və nənəsi onun kimi qardaşını da zorla dilənməyə məcbur ediblər.
Qızcığaz deyir ki, onlar bir müddət bu şəkildə Yevlaxda yaşayıblar. Bakıya köçəndən sonra da işgəncə davam edib, daim diləndirilib.
Dediyinə görə, evə az pul gətirəndə uşaqların günü-güzəranı olmayıb. Anası evə az pul gətirdiyi üçün onlara qarşı zorakılıqlarını artırıb.
13 yaşlı qız sonda dözə bilməyib diləndiyi yerdən heç kəsə xəbər vermədən qaçıb. Hazırda Azərbaycan Uşaqlar Birliyinin bir sığınacağında qalır. Bura sığınarkən oxuma - yazma bilməsə də, indi belə deyil.
Qızın ən böyük arzusu məüllimə olmaq və qardaşına qovuşmaqdır. Ailəsinin yanına getmək istməsə də, qardaşından ötrü çox darıxır.
Qızcığaz sığınacaqda reablitasiya altındadır. Daha sonra uşağın ailəsinin tapılması və məsələnin daha təfərrüatlı öyrənilməsi üçün işlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan həbsxanasında böyüyən uşaqlar:" Ana, bir də pis yola düşmə" (VİDEO)
ARB telekanalında yayımlanan "Rezonans" verilişində valideynləri ilə bərabər həbsxanada yaşayan uşaqlara toxunulub. BAKU.WS xəbər verir ki, onlar valideyinləri...