Azərbaycan həbsxanasında böyüyən uşaqlar:" Ana, bir də pis yola düşmə" (VİDEO)
ARB telekanalında yayımlanan "Rezonans" verilişində valideynləri ilə bərabər həbsxanada yaşayan uşaqlara toxunulub.
BAKU.WS xəbər verir ki, onlar valideyinlərinin günahı ucbatından həbsxanada yaşamağa məcbur olublar. Daha sonra isə az yaşlı bir qızın anası üçün yazdığı məktub hər kəsi kövrəldib. O, anası üçün çox darıxdığını və onun bir də pis yola düşməməsi üçün əlindən gələni etməyə hazır olduğunu bildirib. Məktubu oxuyan ana göz yaşlarına boğulub.
Qeyd edək ki, verilişin növbəti buraxılışı analar və övladlarına həsr edilib. Onlar veriliş vasitəsi ilə bir-birlərinə ürək sözlərini çatdırıblar.
Qeyd edək ki, məhkum yeni dünyaya gəlmiş övladı ilə 3 yaşına kimi qala bilər. Yəni məhkum olunduğu müddətdə ana olarsa və ya cəza törətdiyi müddətdə onun 3 yaşına kimi uşağı olarsa, ona övladı ilə birgə həbsxanada cəza çəkməsinə şərait yaradılır. Təbii ki, bunun üçün onlara həbsxanada ayrı bölmə ayrılıb. Hazırda belə məhkumların sayı ilə bağlı dəqiq rəqəmlər olmasa da, valideyni ilə məhkumluq həyatı yaşayan azyaşlılar var.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan həbsxanasında eşq macərası (VİDEO)
ARB TV-də yayımlanan "Rezonans" verilişindən iki məhbusun həyat hekayəsindən bəhs edilib. BAKU.WS xəbər verir ki, bu dəfə verilişdə həbsdə olan cütlük öz məhəb...