SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxarkən oraları viran ediblər.

BAKU.WS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan torpaqlarda olarkən dağıntıların şahidi olub:

“Kəlbəcərin vəziyyətini gördük. Onlar gələrkən işğalçı, torpaqlardan çıxarkən isə tarımaredici idi. Bu davranış Qarabağın kimin vətəni olduğunu sübut edir. Azərbaycanlılar 30 il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalarkən heç bir yeri dağıtmadılar. Heç bir evi yandırmadılar. Çünki insan öz torpağını yandıra bilməz, öz vətənini dağıtmaz.

Amma Qarabağ onların vətəni olmadığı üçün hər şeyi dağıdıb getdilər. Onların dağıtdığını Azərbaycan inşa edir. Biz birlikdə Qarabağı inşa edəcəyik”, - deyə Ərdoğan bildirib.

BAKU.WS
VİDEO