Suriyada 2011-ci ilin mart ayından bəri davam edən, hökümət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurmadır.
 
BAKU.WS-in məlumatına görə, Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. İlk öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan nümayişçilər arasında peyda olan təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub.
 
Bu hadisələrdən sonra Suriyada vəziyyət gərginləşib və ölkə qan çanağına dönüb. Hər gün partlayışların, döyüşlərin getdiyi ölkədə hər gün onlarla insan müharibənin qurbanına çevrilir.  
 
BAKU.WS