SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ermənistandakı çevrilişi şiddətlə qınayırıq".

BAKU.WS xəbər verir ki, bu sözləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

Onun sözlərinə görə, demokratiyada vətəndaşlar, xalq idarəetmə ilə bağlı tənqid edə bilər, istefa tələb edə bilər. Bununla belə nazir qeyd edib ki, əsgərlərin seçki ilə hakimiyyətə gələn hökumətə nəinki çevriliş çağırışı, heç istefa çağırışı da qəbuledilməzdir.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N.Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N.Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.

BAKU.WS
VİDEO