VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Hazırda Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə "Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır.
 
BAKU.WS-in məlumatına görə, bu, indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəmi Xəzər dənizində xüsusi təyinatlı əməliyyatların həyata keçirilməsi üçün nəzərdə tutulub və DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilir.
 
Gəmidə 600 metr dərinlikdə sualtı quraşdırma və yükqaldırma işləri üçün 900 tonluq əsas kran qoyulacaq. Bundan əlavə, dərin sularda mürəkkəb dalğıc əməliyyatları üçün 18 nəfərlik dalğıc kameraları və məsafədən idarə olunan iki sualtı robotla təchiz ediləcək. Dinamik mövqe idarəetmə sistemi-DP3 ilə təchiz olunmuş gəminin uzunluğu 155, eni 32, bortunun hündürlüyü isə 13 metr təşkil edir.
 
Ümumi gücü 32 min kilovat olan gəmidə 8 mühərrik quraşdırılıb ki, bu da onun layihəyə uyğun olaraq 13,5 uzel sürətini təmin edəcək. 175 nəfərlik kayutlarla təchiz olunan gəminin layihəsi üzrə işlərin artıq 80 faizi yerinə yetirilib və 2017-ci ilin aprelində sifarişçiyə təhvil verilməsi planlaşdırılır.
 
BAKU.WS