VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda sürücüləri soyan yeni dələduz peyda olub. 
 
BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə yayılan videolardan birində deyilir. Qadın sürücü bir müddət öncə bir sürücüyə yardım etdiyini və sonradan aldadıldığını bildirib. 
 
Yolda qalan sürücü avtomobilləri saxlayaraq maşının nasaz olduğunu deyir və avtokara pul lazım olduğunu iddia edərək insanlardan maddi köməklik istəyir. Qadın sürücü də həmin dələduza 15 manat verərək yaxşılıq etdiyini zənn edib. Ancaq həmin dələduz daha sonra Gənclik metro stansiyası yaxınlığında sürücünün yenidən qarşısına çıxıb və eyni sözləri bir daha təkrarlayıb. 
 
"Sənə min kişi kömək etmədi, amma mən kişi kimi sənə köməklik elədim. Halal xoşun olsun, amma sən kişi deyilsən", - deyə sürücü qadın dələduza deyib.
 
BAKU.WS