Müdafiə naziri Zakir Həsənov Azərbaycanın şəhid olmuş pilotlarının vida mərasimində şəhid anasının əlindən öpüb.  

BAKU.WS-in məlumatına görə, Azərbaycanın Qarabağda erməni təxribatına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan Mİ-24 helikopterinin pilotları - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və polkovnik-leytenant Murad Telman oğlu Mirzəyev üçün vida mərasimi təşkil edilib.
 
Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində təşkil olunan mərasimdə şəhid ailələri ilə tək-tək söhbətləşən nazir onları təsəlli edib. Vətən uğrunda döyüşlərdə şəhid olan əsgərlərimizin qisasını alacağını bildirən nazirin şəhid anasının əlini öpməsi insanları qürurlandırıb. 
 
Qeyd edək ki, Qarabağda erməni təxribatına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan Mİ-24 helikopterinin pilotları - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və polkovnik-leytenant Murad Telman oğlu Mirzəyev II Fəxri Xiyabanda dəfn edilib.
 
BAKU.WS