Mərkəzi Bankın banklara qoyduğu dollar limiti manatı bahalaşdıracaq?

Mərkəzi Bankın banklara qoyduğu dollar limiti manatı bahalaşdıracaq?
İqtisadiyyat 1520

 

"Valyuta birjasının normal fəaliyyət göstərmədiyi, Mərkəzi Bankın isə bazarı zəruri həcmdə dollarla təmin etmədiyi bir vaxtda marjanın götürülməsi səhv addım idi. Yenidən marjanı bərpa etməklə (bu dəfə 4%) baş requlyator 18 gün əvvəlki səhvini düzəltdi. Bu addım fikrimcə, bazarda müəyyən sabitlik yaradacaq".

BAKU.WS-in  məlumatına görə, bunu iqtisadçı Samir Əliyev söyləyib. Mütəxəssis hesab edir ki, problemin həlli bunda deyil. Səbəb köklü problemdir. İqtisadçının fikrincə, bu addım da manatın ucuzlaşmasının qarşısını almayacaq, sadəcə qiymətlər arasındakı fərqi və bankların sui-istifadə addımlarını minimuma endirəcək. Ancaq devalvasiyanın qarşısını ala bilməyəcək.

"Mərkəzi Bank əslində marjanı götürməklə dolların bahalaşması məsuliyyətini bankların üstünə atmışdı. Banklar isə bunu çox nizamsız və təhlükəli şəkildə həyata keçirtdi. Bu, gözlənilən idi. Çünki həm bazar buna hazır deyildi, həm də ajiotaj aradan qalxmamışdı. Marjanı bərpa etməklə Mərkəzi Bank məsuliyyəti yenidən üzərinə götürdü. Bundan sonra manatın ucuzlaşma ağırlığı rəsmi məzənnənin üzərində düşəcək. Bundan sonra rəsmi məzənnənin gündəlik artımını müşahidə edəcəyik. Yumşaq devalvasiya davam edəcək. Banklar öz növbəsində dollar satışını məhdudlaşdıracaq. Hökumət isə manata inamın qaytarılması barədə düşünməlidir", - deyə S.Əliyev əlavə edib. 

Xatırladaq ki, Mərkəzi Bank dünən banklara satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməyi tövsiyyə edib. Əvvəllər bu limit 2% səviyyəsində idi.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Həftə sonu dollar qıtlığı yaranacaq: manat yenidən ucuzlaşacaq

Həftə sonu dollar qıtlığı yaranacaq: manat yenidən ucuzlaşacaq

"Dolların manata məzənnəsi 1.85-dək yüksəlib. Problem yalnız dolların artan məzənnəsində deyil, eyni zamanda valyuta dəyişmə məntəqələrində xarici valyutanın yu...

1718 İqtisadiyyat 09:27 09 yanvar 2016

Son xəbərlər