Zidan yeni müqavilə imzaladı: maaşı ikiqat artdı

Zidan yeni müqavilə imzaladı: maaşı ikiqat artdı
İdman 2680
 

İspaniyanın "Real Madrid" klubu fransalı baş məşqçisi Zinəddin Zidanla yeni müqavilə imzalayıb.

BAKU.WS-in məlumatına görə, müqaviləyə əsasən Zidan 2020-ci ilə qədər "Kral" klubunda baş məşqçilik edəcək. Bu barədə İspaniyanın nüfuzlu nəşri AS məlumat yayıb. 

Yeni anlaşmada Zidanın illik qazancı da təxminən ikiqat artırılıb. Belə ki, indiyədək ildə 4,35 milyon avro qazanan mütəxəssisin qazancı 8 milyon avroya qaldırılıb.

Qeyd edək ki, "Real" 2016-cı ilin qışından Zidanın rəhbərliyi altında qısa müddətdə 2 dəfə Çempionlar Liqasını qazanıb, həmçinin Klublararası dünya çempionatı, UEFA Superkuboku və İspaniya çempionatının qalibi olub.

Tuncay

BAKU.WS

Oxşar xəbərlər

“Real Madrid” Çempionlar Liqasının qalibi oldu – VİDEO

“Real Madrid” Çempionlar Liqasının qalibi oldu – VİDEO

Futbol üzrə Çempionlar Liqasının final matçı keçirilib. Oxu.Az xəbər verir ki, qarşılaşmada İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandaları üz-ü...

2010 İdman 09:12 04 iyun 2017

Son xəbərlər