Zidan millidən təklif gözləyir
Yeniliklərdən dərhal xəbərdar olun
Fransalı baş məşqçi Zinəddin Zidan gələcəyi ilə bağlı qərar verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Zidan yalnız Fransa millisində işləməyi düşünür.
O, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra Fransa millisinə rəhbərlik edəcəyini gözləsə də, baş məşqçi Didye Deşam vəzifəsində qalıb.
Mənbənin məlumatına görə, Zidan hazırda Madriddə yaşayır və yalnız Fransa millisindən təklif gözləyir.
Xatırlayaq ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"ə rəhbərlik edib. Klub təcrübəli mütəxəssisin rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi, 2 dəfə isə İspaniya çempionu olub.
Oxşar xəbərlər
UFC rəhbəri Trampın vəzifə təklifini qəbul etməyib
ABŞ Prezidenti Donald Tramp Mütləq Döyüş Çempionatının (UFC) rəhbəri Deyna Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif edib. Lakin UFC rəhbəri bu təklifdən i...