"Zenit"in Vendeli "Qalatasaray"a nə səbəbə satmaması məlum olub
Sankt-Peterburqun "Zenit" klubu Vendelin transferi ilə bağlı İstanbul "Qalatasaray"ı ilə danışıqlardan geri çəkilib.
BAKU.WS xəbər verir ki, bu barədə “Futbol Arena” məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Zenit" "Qalatasaray"ın 13 milyonluq təklifindən imtina edərək futbolçunu 20 milyondan az satmayacağını bildirib.
Qeyd edək ki, 2023/24 mövsümündə Vendel "Zenit"in heyətində 35 oyun keçirib, bu oyunda 4 qol vurub və 10 məhsuldar ötürmə verib. Braziliyalının Sankt-Peterburq klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir. Transfermarkt-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi 20 milyon avro dəyərində qiymətləndirilir.
Oxşar xəbərlər
"Qalatasaray" Vendelin transferi ilə bağlı son qərarını verdi
"Qalatasaray" "Zenit"in 26 yaşlı braziliyalı futbolçusu Vendelin transferi ilə bağlı danışıqları dayandırıb. BAKU.WS xəbər verir ki, məlumatı məşhur jurnalist...