Zabit Səmədov vətənə qayıtdı – FOTOLAR
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulda növbəti döyüşünü başa vuran Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov bu gün axşam vətənə qayıdıb.
BAKU.WS xəbər verir ki, idmançımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmansevərlər və pərəstişkarlarlı qarşılayıb.
Qeyd edək ki, həmyerlimiz İstanbulda Belçikadan olan idmançı Fred Sinistraya qalib gəlib. Zabit Səmədov 2-ci raundda rəqibinə sərt zərbələr vuraraq döyüşü qələbə ilə başa vurub.
Zabit Səmədov döyüşdən sonra bunları bildirib: "Rəqibimi tanıyırdım. Mənimlə iki ildir ki, döyüş keçirməyə çalışır. Ancaq mən bilirdim ki, ilk raunddan sonra döyüşün taleyini həll edəcəm".
Qeyd edək ki, bu döyüşdən bir neçə gün əvvəl Fred Sinstra İslamı qəbul edərək müsəlman olub. O, müsəlman kimi İstanbula gələrək yarışa qatılıb. Frederik Sinistra bundan sonra Muhammed Malik Sinistra adı ilə fəaliyyət göstərəcək.
BAKU.WS
Oxşar xəbərlər
Zabit Səmədovun bu VİDEOsu internetdə rekord qırır
Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovun növbəti qələbəsi böyük marağa səbəb olub. BAKU.WS-in məlumatına görə, həmyerlimizin Belçikadan olan idmançı Fr...