Yığmamız Ermənistana qalib gəlib

02
noy
2019
17:43
Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalar arası Avropa çempionatı başa çatıb.BAKU.WS-in məlumatına görə, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları turniri qələbə ilə başa vurublar.Kişilərdən ibarət milli sonuncu – IX turda Sloveniyanı 3:1 hesabı ilə məğlub edib. Bununla da xal hesabını 11-ə çatdıran yığma Avropa çempionatını 6-cı yerdə başa vurub.2017-ci ildə qazandığı çempionluğu əldən verən şahmatçılarımız titul Rusiyaya təhvil veriblər. Şimallılar 15 xalla 1-ci, Ukrayna 14 xalla 2-ci, İngiltərə eyni göstərici ilə 3-cü olub.Qadın şahmatçılarımız isə Avropa çempionatını sensasiyalı uğurla yekunlaşdırıb. Son turda Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edən komandamız aktivini 14 xala çatdırıb. Yalnız Rusiya (16 xal) və Gürcüstandan (15 xal) geri qalan milli Avropa çempionatında bürünc mükafata yiyələnib.Bu, xanım şahmatçılarımızın Avropa çempionatları tarixində ikinci medalıdır. İlk belə uğur 27 il öncə - 1992-ci ildə qeydə alınıb. Macarıstanın Debretsen şəhərində də millimiz 3-cü olmuşdu.Avropa çempionatıIX turKişilərSloveniya - Azərbaycan - 1:3Luka Leniç - Arkadi Naydiç - 0,5:0,5Matey Sebenik - Rauf Məmmədov - 0:1Yure Skoberne - Qədir Hüseynov - 0:1Yan Sudel - Eltac Səfərli - 0,5:0,5QadınlarAzərbaycan - Ermənistan - 2,5:1,5Günay Məmmədzadə - Lilit Mkrtçyan - 1:0Xanım Balacayeva - Elina Danielyan - 0,5:0,5Ülviyyə Fətəliyeva - Mariya Qevorqyan - 0,5:0,5Gülnar Məmmədova - Anna Sarkisyan - 0,5:0,5
Oxşar xəbərlər
Şahmatçılarımız Avropa çempionatında ermənilərlə qarşılaşır - YENİLƏNİR
Batumidə kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının səkkizinci turunun oyunları keçirilir.BAKU.WS xəbər verir ki, kişi şahmatç...