Velosiped idmanı üzrə Avropa çempionatı təxirə salınıb
02
may
2020
14:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın Trento şəhərində velosiped idmanı üzrə Avropa çempionatı koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.
BAKU.WS xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Qitə çempionatının əvvəlcə 2020-ci ilin sentyabrın 9-dan 13-dək keçirilməsi planlaşdırılmışdı.
Avropa çempionatının 2021-ci il sentyabrın birinci yarısında keçirilməsi nəzərdə tutulub. Dəqiq tarixlə bağlı son qərarı Beynəlxalq Velosipedçilər İttifaqı verməlidir.
Oxşar xəbərlər
Firdovsi Umudov: "Bəzi qüvvələr yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...-...