Vanda Nara İkardidən 38 milyon istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
"Qalatasaray"ın və Argentina millisinin hücumçusu Mauro İkardi Vanda Naradan ayrılıb.
Bunun fonunda Vanda Maurodan 38,5 milyon avro tələb etmək istəyir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, İkardinin uğurlu karyerasında böyük pay sahibi olduğunu düşünür.
Vanda hesab edir ki, futbolçu onun sayəsində uğurlu karyera qura bilib, bu müddət ərzində on milyonlar qazanıb və buna görə də "ədalətli pay" tələb edir.
Vanda 2 qızı üçün aliment ödənilməsini də tələb edir. O, hələ də rəsmi olaraq boşanmasa belə argentinalı reper L-Qante ilə görüşür.
Xatırladaq ki, Nara əvvəllər uzun müddət İkardinin agenti olub və onun maraqlarını təmsil edib.
Oxşar xəbərlər
Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsümə 2 oyunla start verilib. BAKU.WS xəbər verir ki, I turda "Milli Aviasiya Akademiyası" "Gəncə"...