Ulduz futbolçu “Qalatasaray”dan gedir - Yeni klubu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Qalatasaray”ın müqavilə ilə “Norviç Siti”yə aid olan oyunçusu Milot Raşitsa ilə bağlı transfer müzakirələri azarkeşləri kədərləndirib.
BAKU.WS xəbər verir ki, Kosova mətbuatında yayılan iddialara görə, bu mövsüm İngiltərə “championship”ini çempion kimi başa vuran “Burnley” Milot Raşitsa ilə ilk transferini edir.
Vinsent Kompaninin idarə etdiyi "Burnley"nin Raşitsa üçün “Norviç Siti” ilə prinsipial razılığa gəldiyi bildirilib.
Məlumata görə, "Burnley" transfer üçün "Norviç Siti"yə 11 milyon funt sterlinq ödəyəcək. Rəsmi müqavilə isə mövsüm başa çatdıqda imzalanacaq.
Qeyd edək ki, bu mövsüm "Qalatasaray"da 26 oyun keçirən 26 yaşlı futbolçu 6 qol vurub, 5 məhsuldar ötürmə edib.
Qalereya
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...