Məşhur UFC döyüşçüsü xəstəxanaya yerləşdirildi - VİDEO
18
mar
2024
14:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
UFC-nin sabiq çempionu, rusiyalı döyüşçü Pyotr Yan əməliyyat olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə idmançı özü məlumat yayıb.
"Hər kəsə salam, dostlar. Xəstəxanadayam, sabah əməliyyat olunacağam", - o bildirib.
Qeyd olunur ki, martın 10-da "UFC 299"da Yan çinli döyüşçü Sonq Yadonu məğlub edib. Çin təmsilçisi ilə döyüşdən sonra Yan və komandası zədəsi haqda danışıb.
Bundan əlavə, döyüşə hazırlıq zamanı da idmançı zədə alıb.
Yan MMA karyerasında 22 döyüş keçirib, 17-də qalib gəlib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...