UEFA Super Kubokunun sahibi bəlli oldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib.
BAKU.WS xəbər verir ki, ötən gün Almaniyanın "Bavariya" klubu ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı qarşılaşıb. Oyun Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçirilib.
Hesabı 13-cü dəqiqədə "Sevilya"nın futbolçusu Lukas Okampos açsa da görüş "Bavariya"nın qələbəsi ilə başa çatıb - 2:1. 34-cü dəqiqədə Leon Qoretska bərabərlik qolunu vurub. Əlavə vaxtda "Bavariya" qələbə topuna imza atıb. 104-cü dəqiqədə vurulmuş qolun müəllifi Xavi Martines olub.
Xatırladaq ki, bu qələbə ilə "Bavariya" tarixində ikinci dəfə UEFA Super Kubokuna yiyələnib. Komanda ilk dəfə 2013-cü ildə titula sahib olmuşdu.
Oxşar xəbərlər
“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb. BAKU.WS xəbər verir ki,...