UEFA "Qarabağ"ı cərimələdi
UEFA "Qarabağ" futbol klubunu cəzalandırıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Cəzaya səbəb Bakıda İngiltərənin "Çelsi" komandası ilə keçirilən (0:5) UEFA Gənclər Liqasının (U-19) 4-cü tur matçında tribunalarda baş verən xoşagəlməz insident səbəb olub.
Məlumata görə, klub 5 min avro məbləğində cərimələnib. Bununla yanaşı, U-19 komandası UEFA-nın bayrağı altında bir oyunu azarkeşsiz keçirməli olacaq, lakin bu qərarın icrası həmin qərarın qəbul edildiyi tarixdən etibarən bir il sınaq müddəti ilə dayandırılıb.
Xatırladaq ki, görüş zamanı meydan sahiblərindən bir azarkeş, qonaq komandanın futbolçusu Sol Qordanın vurduğu qoldan sonra ona qarşı irqi ayrı-seçkilik nümayiş etdirib. Matçdan sonra "Çelsi" bu hərəkəti qınamış, "Qarabağ" isə hadisəyə görə təəssüf etdiyini bildirərək məsələ ilə bağlı araşdırma aparmağa hazır olduğunu bildirmişdi.
Oxşar xəbərlər
Musa Ağayev erməni rəqibini məğlub etdi
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Musa Ağayev (65 k...