UEFA "Qarabağ"ı 28500 avro cərimələyib
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA "Qarabağ" klubunu 28500 avro cərimələyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, buna "köhlən atlar"ın Çempionlar Liqası matçlarında yaşananlar səbəb olub.
Ağdam təmsilçisi Bolqarıstanda "Ludoqorets"ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçında "komandanın düzgün olmayan davranışı"na görə 6000 avro ödəyəcək.
Azərbaycan çempionu Bakıda Xorvatiyanın "Dinamo" kollektivinə uduzduğu (0:2) pley-mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. "Qarabağ" "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi"nə görə 22500 avro cərimələnib.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...