UEFA Konfrans Liqası: "Sabah"dan səfərdə inamlı qələbə
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) matçı başa çatıb.
BAKU.WS xəbər verir ki, qarşılaşmada "Sabah" rəqibi üzərində inamlı qələbə qazanıb 0-2.
Matçda Pavol Şafranko 84-cü, Kahem Parris 90-cı dəqiqədə fərqlənməyi bacarıb.
***22:53
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) matçında ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşdə Bakı klubu hesab arasındakı fərqi artırıb - 0:2.
Kahem Parris 90-cı dəqiqədə rəqib qapısına yol tapıb.
***22:47
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) matçında hesab açılıb.
BAKU.WS xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşdə Bakı klubu hesabda irəli çıxıb.
Pavol Şafranko 84-cü dəqiqədə fərqlənib.
***21:10
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) matçı start götürüb.
BAKU.WS xəbər verir ki, görüş Kişineudakı "Zimbru" stadionunda keçirilir.
Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.
Oxşar xəbərlər
Azərbaycanın həndbol millisinin İslamiadadakı hədəfi bəlli olub
Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarındakı hədəfi bəlli olub. B...