UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki bütün rəqibləri müəyyənləşib.
BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.
***20:52
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki dörd rəqibi müəyyənləşib.
BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya) və "Borussiya" (Dortmund, Almaniya) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu "Arsenal" və "Mançester Yunayted"lə (hər ikisi İngiltərə) səfərdə qarşılaşacaq.
***20:41
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki ilk rəqibi müəyyənləşib.
BAKU.WS xəbər verir ki Azərbaycan təmsilçisi "Barselona" ilə qarşılaşacaq.
Məlumata görə, görüş Bakıda keçiriləcək.
***20:01
UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə Liqa mərhələsinin püşkatma mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, Monakoda təşkil olunan tədbirdə turnirdə mübarizə aparacaq 36 klubun rəqibləri müəyyənləşdirilir.
Azərbaycan çempionu "Sabah" isə püşkatmaya 4-cü səbətdən qatılır.
Oxşar xəbərlər
Azərbaycanlı futbolçu İspaniya klubu ilə 3 illik müqavilə imzaladı
Azərbaycanın U-17 yığmasının üzvü Amin İmanverdiyev karyerasını İspaniyada davam etdirəcək. BAKU.WS xəbər verir ki, gənc futbolçu İspaniyanın III Liqasında çıxı...