Türkiyədə futbolçu faciəli şəkildə öldü - FOTO
Türkiyənin Samsun şəhərinin Çarşamba rayonunda avtomobil yol kənarındakı evin bağçasına aşıb, sürücü - həvəskar futbolçu 21 yaşlı Burak Karaköse həyatını itirib.
BAKU.WS "Hürriyet"ə istinadən xəbər verir ki, onun yanındakı Furkan Arı adlı şəxs isə yaralanıb.
Məlumata görə, qəza dünən Samsun-Ordu yolunun Beylerce mövqeyində meydana gəlib.
Samsun Super Həvəskarlar Liqasının komandalarından olan "Gençlergücü" İdman Klubunun futbolçusu Burak Karaköse idarəetməni itirib, avtomobil yol kənarındakı evin bağçasına düşüb.
Nəticədə ağaca çırpılaraq yan aşan avtomobilin sürücüsü Karaköse və yanında olan Furkan Arı yaralanıb.
Onlar sağlamlıq qrupları tərəfindən Çarşamba Dövlət Xəstəxanasına aparılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq Karaköseni xilas etmək mümkün olmayıb.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Qalereya
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...