Türkiyə İslandiyaya nota verdi

10
iyn
2019
14:50
Dünən Türkiyə futbolçularının İslandiyada hava limanında saatlarla gözlədilməsi və bir şəxsin Əmrə Bəlözoğluna tualet fırçası uzatması ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi İslandiyaya nota verib.BAKU.WS “Habertürk”ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun islandiyalı həmkarı ilə görüşü gözlənilir.Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da hadisənin qəbuledilməz olduğunu söyləyib:“Milli komandamıza qarşı edilən hörmətsizlik qəbuledilməzdir və lazımı addımlar atılar. Dövlətimiz və millətimiz milli komandamızın yanındadır”.Fərid ƏDALƏT
Oxşar xəbərlər
İslandiyadan türkiyəli futbolçulara qarşı TƏRBİYƏSİZLİK - VİDEO
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İslandiyaya qarşılaşacaq Türkiyə milli komandası dünən bu ölkəyə gedib.BAKU.WS xəbər verir ki, 6 saat...