Türkiyə millisinin qapıçısı "Mançester Yunayted"də - FOTO

Türkiyə millisinin qapıçısı Mançester Yunayteddə - FOTO
İdman 2

Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin "Mançester Yunayted" klubuna keçib.

BAKU.WS xəbər verir ki, 25 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Altay Bayındır son olaraq ölkəsində "Fənərbağça"nın formasını geyinib.

İstanbul təmsilçisi Bayındırı 2019-cu ilin yayında "Ankaragücü"dən transfer etmişdi.

Qapıçı karyerası ərzində 166 oyun keçirib.

Son xəbərlər