“Qalatasaray” və “Fənərbağça” “Mançester Yunayted”in futbolçusu uğrunda yarışır

“Qalatasaray” və “Fənərbağça” “Mançester Yunayted”in futbolçusu uğrunda yarışır
İdman 0

Fred “Mançester Yunayted”dən “Qalatasaray” və “Fənərbağça”ya keçə bilər.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, tanınmış jurnalist Fabrizio Romanonun sözlərinə görə, “sarı-lacivərdli” klub yarımmüdafiəçini 15 milyon avroya transfer etmək üçün təklif göndərib. Bu məbləğə bonus ödənişləri daxildir.

Həmçinin, “Fənər” “Yunayted” və futbolçunun özü ilə danışıqları davam etdirir.

Futbolçu uğrunda mübarizəyə digər bir İstanbul klubu “Qalatasaray” yenidən qoşulub.Xatırladaq ki, Türkiyə klubu bu yaxınlarda “Yunayted”ə təklif göndərsə də, ingilislər məbləğin azlığından təklifi rədd ediblər.

Məlumata görə, “Aslanlar” “Fənərbağça”nın rəsmi təklifindən sonra Fredin ətrafı ilə əlaqə saxlayıblar.

Qeyd edək ki, Fred 2018-ci ildən “Mançester Yunayted”də çıxış edir. 2022/23 Premyer Liqa mövsümündə o, 35 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Son xəbərlər