"Turan Tovuz" "Araz-Naxçıvan"ı məğlub edib
"Turan Tovuz" Misli Premyer Liqasında "Araz-Naxçıvan"ı məğlub edib.
"Report"un məlumatına görə, XXIII turun Tovuz şəhər stadionunda baş tutan oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
47-ci dəqiqədə Naxçıvan təmsilçisinin heyətində İqor Ribeyro qırmızı vərəqə alıb. 86-cı dəqiqədə Hayderson Hurtado qalibiyyət qoluna imza atıb.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 44 xalla ikinci, "Turan Tovuz" 39 xalla 4-cü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Qarabağ" "Neftçi"nin qonağı olacaq. Ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.
Oxşar xəbərlər
Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Misli Premyer Liqasında VI tura bu gün yekun vurulacaq. BAKU.WS xəbər verir ki, turun son oyun günündə iki görüş baş tutacaq. Əvvəlcə "Şamaxı" evdə "Araz-Naxçıv...