Tokio Olimpiadası tamaşaçılarsız keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Pandemiya səbəbindən Tokio Olimpiadasının əksər yarışlarının tamaşaçılarsız keçirilməsi qərara alınıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, təşkilat komitəsi Tokio, Tiba, Kanaqava və Saytama prefekturalarında baş tutacaq yarışlara izləyicilərin buraxılmasını qadağan edib.
Bununla yanaşı, iyulun 12-dən etibarən Yaponiya hökumətinin qərarına əsasən, ölkədə fövqəladə vəziyyət tətbiq olunacaq.
Qeyd edək ki, bir müddət öncə Olimpiadanın açılış və bağlanış mərasimlərinin də tamaşaçılarsız keçiriləcəyi açıqlanıb. Hələ ötən ildə yarışlar üçün biletlərin yalnız Yaponiya vətəndaşlarına satılması barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
Yaponiya Tokio olimpiadası ilə bağlı Azərbaycandan dəstək istədi
Yaponiya təşkilati işlərdə böyük təcrübəsi olan ölkələrdən Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilməsi üçün dəstək istəyib. BAKU.WS xəbər verir ki, bu barəd...