Tokio-2020: Azərbaycan 10-cu qızıl medalını qazanıb

31
avq
2021
12:53
Azərbaycan üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, o, 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında bütün rəqiblərini qabaqlayıb.
Saley məsafəni 52.69 saniyəyə qət edib.
Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında da qızıl medal əldə edib. Bununla da Azərbaycan 10-cu qızıl medalını qazanaraq ümumilikdə 14 medalla 10-cu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Tokio-2020: Azərbaycanın 6 paralimpiyaçısı qüvvəsini sınayacaq
Bu gün Azərbaycanın 6 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunların ikisi güllə...