Tanınmış futbolçu: "Azərbaycanla oyunda vacib xallar qazandıq"

Tanınmış futbolçu: Azərbaycanla oyunda vacib xallar qazandıq
İdman 42

"Azərbaycanla oyunda vacib xallar qazandıq".

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu isveçli tanınmış futbolçu Fredrik Yunqberq yığma komandalarının AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi üzərində 5:0 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.

46 yaşlı keçmiş yarımmüdafiəçi matçın oynanıldığı "Frends Arena"nın ot örtüyünün bərbad vəziyyətdə olmasından gileylənib: "Yığma bu cür meydançada oynadığı üçün utanıram. Arena yaxşıdır, ancaq ot örtüyü çox pis idi. Bu, məni çox əsəbiləşdirdi".

Qeyd edək ki, Fredrik Yunqberq 1998-2008-ci illərdə İsveç millisinin heyətində 75 oyun keçirib, 14 qol vurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər