Super Liqada "transfer bombası" - “Qalatasaray”ın sabiq futbolçusu “Fənər”ə gəlir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu mövsüm keçirdiyi rəsmi matçların hamısında qalib gələn "Fənərbaxça" zədə səbəbindən mərkəz müdafiəçisi axtarışına çıxıb və "Qalatasaray"ın keçmiş ulduzunu gündəminə alıb.
BAKU.WS ensonhaber.com-a istinadən xəbər verir ki, söhbət 2015 və 2017-ci illərdə "Qalatasaray"da çıxış etmiş Ceyson Denayerdən gedir.
Belə ki, 28 yaşlı Ceyson Denayerin hazırda Səudiyyə Ərəbistanı Liqası komandalarından olan "Əl-Fateh"də çıxış edir.
Bildirilib ki, "Fənərbağça"nın baş məşqçisi İsmail Kartal Denayerin transferinə xüsusilə müsbət yanaşır. İddiaya görə, oyunçu “Əl-Fateh”dən ayrılmaq niyyətindədir. Əgər “Fənər”dən təklif gələrsə dəyərləndirməyi düşünür.
Qeyd edək ki, bu mövsüm Səudiyyə Ərəbistanında 8 oyun keçirən belçikalı futbolçu heç bir qol və ya ötürmə verməsə də müdafiədəki performansı ilə diqqət çəkib.
Qalereya
Oxşar xəbərlər
"Qalatasaray"dan transfer bombası! - Zaniolo gedir, o gəlir - FOTO
Türkiyə Super Liqasının kubokunu qazanan "Qalatasaray" Nikolo Zaniolonu satmağı və yerinə ulduz oyunçu gətirməyi planlaşdırır. BAKU.WS Türkiyə mətbuatına istin...