“Sumqayıt”ın yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
“Sumqayıt”ın yeni baş məşqçisi müəyyənləşib.
BAKU.WS xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Sumqayıt təmsilçisi Samir Abasovla anlaşıb. 44 yaşlı PRO kateqoriyalı mütəxəssislə 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
“2011-2014-cü illərdə komandamızın şərəfini qorumuş və 2015-2018-ci illərdə də komandamızı çalışdırmış Samir Abasov futbolçu karyerası dönəmində “Viləş”, “Şəfa”, “Şahdağ”, “Neftçi”, “Qarabağ”, “Karvan” və “İnter” klublarında da çıxış edib. Abasov məşqçi kimi isə “Zirə” və “Neftçi” klublarında çalışıb. Karyerası ərzində üç dəfə Azərbaycan çempionluğu yaşamış Samir Abasov iki dəfə futbolçu kimi, bir dəfə isə məşqçi kimi bu uğura nail olub”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Premyer Liqa klublarının yay transferləri: Kimlər gəldi, kimlər getdi?
Azərbaycanın Premyer Liqa klubları artıq yay transfer çalışmalarına başlayıb. BAKU.WS Sports.az-a istinadən Premyer Liqa klublarının rəsmən açıqladıqları yeni t...