"Sumqayıt" öz meydanında 100-cü məğlubiyyətini alıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Sumqayıt" komandası Misli Premyer Liqasında öz meydanında 100-cü məğlubiyyətini alıb.
BAKU.WS xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 2026/2027 mövsümünün I turunda "Neftçi"yə 1:3 hesabı ilə uduzub.
Bu, klub tarixinə Premyer Liqada 100-cü ev yenilgisi kimi düşüb.
"Sumqayıt" öz meydanında keçirdiyi 235 matçda 79 qələbə qazanıb, 56 heç-heçə edib və 100 dəfə xalsız qalıb. Ölkə çempionatları tarixində yüksək liqada ən çox ev məğlubiyyəti alan komanda olan "Sumqayıt" bu göstəricidə "100"ə çatan ilk klubdur.
Qeyd edək ki, "Sumqayıt"ın ilk ev məğlubiyyəti 2011-ci il avqustun 8-də "Qəbələ" ilə matça (1:2) təsadüf edib.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...