“Sumqayıt” FK-nın təşkilatçılığı ilə şəhid övladları ilə görüş keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
8 noyabr Zəfər Günü ilə əlaqədar “Sumqayıt” Futbol Klubu növbəti layihəsini həyata keçirib.
Belə ki, “Kapital Bank Arena”nın akt zalında 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın övladları ilə görüş baş tutub.
“Sumqayıt” FK-nın təşkilatçılığı, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Kontakt Home və Pizza İNN restoranlar şəbəkəsinin dəstəyi ilə baş tutan tədbirdə 30-dan artıq şəhid övladları iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni və 1 dəqiqəlik sükutla start götürən tədbir müxtəlif çıxışlar və musiqili proqramla davam edib.
Görüşdə “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, Kontakt Home şirkətinin Marketinq Departamentinin rəhbəri Əli Vəliyev, Retail Marketinq şöbəsinin müdiri Coşqun Zeynalov, klubun Müşahidə Şurasının üzvləri - Abdulla Məmmədov, Telman Salahov və Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodisti Cəmilə Fəyyaz da iştirak edib. Görüş zamanı tədbir iştirakçılarına “Sumqayıt” FK-nın və Kontakt Home şirkətinin hazırladığı xüsusi hədiyyələr təqdim edilib, daha sonra tədbir iştirakçılarına Pizza İNN tərəfindən hazırlanmış yemək çeşidləri təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda keçiriləcək AVRO-2020 oyunlarının yeni tarixi AÇIQLANDI
Koronavirus pandemiyasına görə 2021-ci ilə qədər təxirə salınmış AVRO-2020-nin oyunlarının tam təqvimi açıqlanıb. BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionu...