ŞOK HADİSƏ: Sağ olan futbolçuya öldü deyərək bir dəqiqəlik sükutla andılar
Bolqarıstanda qeyri-adi hadisə baş verib. Futbol oyunu zamanı sağ olan futbolçunu bir dəqiqəlik sükutla anıblar.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bolqarıstan çempionatında yaşanıb. Belə ki, "Arda" klubu "Levski" ilə ev oyununda səhvən bir dəqiqəlik sükut elan edib.
Yarış səhvən öldüyü elan edilən klubun keçmiş futbolçusu Petko Qançevin şərəfinə bir dəqiqəlik sükutla başlayıb.
Bu da geniş müzakirələrə səbəb olub.
Qançev öz "ölümünü" həyat yoldaşından öyrənib. Onun həyat yoldaşı matçı televiziyadan izləyib və xəbər onu şoka salıb.
"Arda" klubu yarış başa çatmadan Qançevdən üzr istəyib.
Yarış "Arda" - "Levski" matçı 1:1 hesablı heç-heçə yekunlaşıb.
Oxşar xəbərlər
Ruzigar İbrahimzadə: "Avropa çempionatında birinci yeri tutmaq üçün əlimizdən gələni edəcəyik"
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında birinci yeri tutmaq üçün əlindən gələni edəcək. BAKU.WS xəbər verir ki, bu barədə...