Silahlı Qüvvələr Günündə himnimiz Portuqaliyda səsləndi (FOTO)

Silahlı Qüvvələr Günündə himnimiz Portuqaliyda səsləndi (FOTO)
İdman 1015

 

26 iyunda - Azərbaycanda Silahlı Qüvvələr günü qeyd olunduğu zaman ölkəmizin himni Portuqaliyanın Anadiya şəhərində səsləndi.

Azərbaycanı Rio-2016 Olimpiya Oyunlarında təmsil edəcək Oleq Stepko 23-26 iyun tarixlərində keçirilmiş "Challenge” seriyasına aid idman gimnastikası üzrə FIG Dünya Kubokunda sevimli aləti olan parallel qollarda qızıl medala layiq görülüb. O, bu alətdə çıxışına görə hakimlərdən 15.800 xal toplayıb.

Sərbəst hərəkətlərdə və halqalar üzərində çıxışına görə də finala yüksələn Oleq hər iki alətdə 7-ci nəticəni göstərib.

Oleq ilə birgə parallel qollarda finala vəsiqə qazanmış digər təmsilçimiz Petro Paxnyuk isə 5-ci yeri tutub.

BAKU.WS

Oxşar xəbərlər

İyun ayının  qeyri-iş günləri açıqlandı

İyun ayının qeyri-iş günləri açıqlandı

Bu həftə üç gün iş olmayacaq. İyun ayında bayramlarla əlaqədər qeyri-iş günlərinin sayı açıqlanıb. Nazirlər Kabinetindən ANS PRESS-ə verilən məlumata görə, ölkə...

3917 Şou-biznes 10:08 13 iyun 2016

Son xəbərlər