Şimanski "Fənərbağça"dan London nəhənginə gedir

Şimanski Fənərbağçadan London nəhənginə gedir
İdman 89

Yeni mövsümdə heyətinə ulduz futbolçuları qatacağı gözlənilən "Fənərbağça"da sürpriz ayrılıq yaşana bilər.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir Sebastian Şimanskini izləyən Premyer Liqa təmsilçisi "Tottenhem" transfer cəhdlərinə başlayıb.

Məlumata görə, "Tottenhem" "Fənərbağça"nın polşalı ulduzu Sebastyan Şimanskinin transferində irəliləyiş əldə edib.

“Tottenhem”in 25 milyon avro və bonus təklif etdiyi, sarı-göylülərin də bu təklifə müsbət yanaşdığı bildirilib. 25 yaşlı ulduz futbolçunun qısa müddət ərzində qərarını verəcəyi və "Tottenhem"ə imza atacağı gözlənilir. Növbəti mövsümdə mütləq çempionluğu hədəfləyən "Fənərbağça" Şimanskidən aldığı transfer haqqını çatışmayan sahələri gücləndirmək üçün istifadə etməyi planlaşdırır.

Son mövsümdə "Fənərbaxça" ilə 55 matçda forma geyən Şimanski karyerasının ən çox qol vurduğu dövrünü keçirib və komandada 13 qol vurub, 19 məhsuldar ötürmə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Harri Keyndən yeni rekord

Harri Keyndən yeni rekord

"Bayern"in ulduzu Harri Keyn karyerasının ən çox qol vurduğu mövsümünü yaşayır. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, "Real Madrid"lə qarşılaşmada q...

94 İdman 18:43 01 may 2024

Son xəbərlər