Şahruddin Məhəmmədəliyev: “Beşiktaş”la oyunda komandamın vacib xal qazanmasına kömək etdim”
“Beşiktaş”la oyunda böyük bir iş görmədim, öz oyunumu göstərdim və komandama vacib xal qazanmağa kömək etdim”.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin və Türkiyənin “Adana Dəmirspor” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev “Beşiktaş”la qolsuz bərabərə qaldıqları Superliqanın XXII turunun oyunu ilə bağlı danışarkən deyib.
Bir neçə kritik qurtarışlara imza ataraq görüşün ən yaxşı futbolçusu seçilən 29 yaşlı qolkiper heç-heçəni sürpriz nəticə adlandırmayıb: “Nəticə sürpriz olmadı. Qalib gəlmək istəyirdik. Amma qırmızı vərəqə planlarımızı bir az pozdu. Yenə də 1 xal qazandığımız üçün sevincliyik. O ki qaldı qurtarışlarıma, komandama fayda verə bildiyim üçün çox şadam”.
Ş.Məhəmmədəliyev Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor”a qarşı keçiriləcək Superliqanın XXIII turunun matçına da münasibət bildirib: “Renata oyunu zədəsiz keçirməyi və sağlam qalmağı arzulayıram. Qarşıdakı görüşdə ona başqa heç nə arzulaya bilmərəm”.
Qeyd edək ki, yanvarın 27-də keçiriləcək “Adana Dəmirspor” – “Hatayspor” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Hazırda adanalılar 31 xalla 7-ci, Hatay təmsilçisi isə 22 xalla 16-cı pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Türkiyə futbolunda gözlənilməz ayrılıq - Dünya ulduzu gedir - FOTO
Türkiyə Super Liqasının güclü komandalarından olan "Adana Dəmirspor"da sürpriz ayrılıq var. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Adana Dəmirspor" it...