Səudiyyə Ərəbistanından daha bir transfer: Hakim Ziyeş Ronaldonun klubunda
Yeniliklərdən dərhal xəbərdar olun
Mərakeş millisinin və "Çelsi"nin yarımmüdafiəçisi Hakim Ziyeş Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçəcək.
BAKU.WS-in xəbərinə görə, bu barədə insayder Fabrizio Romano bildirib.
Məlumata görə, Kriştiano Ronaldonun çıxış etdiyi klub Ziyeş və hazırki klubu barədə transferlə bağlı şifahi razılığa gəlib.
Hələki şəxsi müqavilənin şərtləri razılaşdırılır.
Tərəflər razılığa gələrsə, klub futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, Ziyeş 2020-ci ildən "Çelsi"də çıxış edir. 30 yaşlı mərakeşli ötən mövsüm bütün turnirlərdə 24 oyun keçirib və 3 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
“Qalatasaray” “Çelsi”dən bu oyunçunu transfer edir - FOTO
Türkiyənin “Qalatasaray” komandası "Çelsi"də çıxış edən mərakeşli ulduz Hakim Ziyeşi transfer etmək niyyətindədir. BAKU.WS "Sabah" nəşrinə istinadən xəbər verir...