Səudiyyə Ərəbistanı klubundan Messiyə fantastik təklif
Yeniliklərdən dərhal xəbərdar olun
"Əl-Hilal" PSJ-nin hücumçusu Lionel Messini almaq cəhdlərindən əl çəkmir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Messiyə ödəyəcəyi təklifi artırıb.
Mənbənin məlumatına görə, klub argentinalı dünya çempionuna 500 milyon avro ödəməyə hazırdır.
Daha əvvəl də "Əl-Hilal"ın 35 yaşlı futbolçuya 400 milyon avro təklif etdiyi bildirilirdi.
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Bu mövsüm o, klubun heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 20 qol vurub və 19 qolda assist ilə yadda qalıb.
Oxşar xəbərlər
Ərəb klubundan Messiyə fantastik təklif - Ronaldodan 2 dəfə çox qazana bilər
PSJ-də çıxış edən argentinalı dünya çempionu Lionel Messinin növbəti dayanacağı Səudiyyə Ərəbistanı ola bilər. BAKU.WS xəbər verir ki, səs-küylü transfer xəbər...