Ərəb klubundan Messiyə fantastik təklif - Ronaldodan 2 dəfə çox qazana bilər
Yeniliklərdən dərhal xəbərdar olun
PSJ-də çıxış edən argentinalı dünya çempionu Lionel Messinin növbəti dayanacağı Səudiyyə Ərəbistanı ola bilər.
BAKU.WS xəbər verir ki, səs-küylü transfer xəbərləri ilə tanınan jurnalist Fabrizio Romano Messinin də Kriştiano Ronaldo kimi Səudiyyə Ərəbistanından astronomik təklif aldığını yazıb.
İtaliyalı müxbir Yaxın Şərq ölkəsinin ən böyük klublarından biri olan "Əl-Hilal"ın məşhur futbolçuya illik 400 milyon avro (320 milyon funt sterlinq) təklif etdiyini açıqlayıb.
Fransanın məşhur idman qəzeti “L'Equipe” də məşhur futbolçunun PSJ-ni tərk edəcəyi iddiasına geniş yer verib.
Qeyd edək ki, bir digər ərəb klubunda çıxış edən Kriştiano Ronaldonun illik gəliri 165 milyon funt sterlinqdir.
Oxşar xəbərlər
"Əl-Hilal"dan Messiyə fantastik təklif
Fransanın PSJ futbol klubunun argentinalı hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan illik 400 milyon avro məvaciblə təklif alıb. BAKU.W...