Serbiya millisi Bakıda muzeyin qarşısında məşq etdi - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Serbiya yığması Azərbaycan millisinə qarşı keçirəcəyi futbol üzrə 2022-ci dünya çempionatının seçmə oyunundan əvvəl Bakıda gəzintiyə çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Draqan Stoykoviçin baş məşqçi olduğu komanda günorta yeməyindən sonra Xəzər dənizinin sahilində olub.
Futbolçuların əhvalının yüksək olduğu bildirilib. Onlar fitness məşqçisi Katsuşita Kinoşinin rəhbərliyi altında Milli Xalça Muzeyinin qarşısında məşq ediblər. Futbolçularla yanaşı, məşqçilər də tibbi maskadan istifadə edib.
Serbiya mətbuatı milli üzvlərinin Bakıda xüsusi karantin rejimi ilə bağlı sərt qaydalara riayət etməli olduğunu yazıb. Bildirilib ki, stadiondan başqa digər yerlərdə qoruyucu maskadan istifadə etmək məcburidir: "Əks-halda onlar 50 avro məbləğində cərimələnə bilərlər".
Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq Azərbaycan - Serbiya qarşılaşması saat 20:00-da başlanacaq.
Qalereya
Oxşar xəbərlər
Olimpiadada qızıl medal qazansam, bəlkə idmanı ataram - Hacı Əliyev
Azərbaycanın sərbəst güləş üzrə milli komandasının kapitanı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim...