Sent-Lüsiya millisinin baş məşqçisi: "Azərbaycanla matçda böyükhesablı məğlubiyyət gözləmirdik"
Yeniliklərdən dərhal xəbərdar olun
Sent-Lüsiya yığmasının baş məşqçisi Stern Con "FIFA Series - 2026" turniri çərçivəsində Azərbaycan millisinə qarşı keçirilən oyundan (1:6) sonra mətbuat konfransında çıxış edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, mütəxəssis darmadağınla nəticələnən qarşılaşmanı şərh edərkən komandasının buraxdığı səhvlərdən gileylənib.
Rəqibin təzyiqinə hazır olduqlarını bildirən S.Con qeyd edib: "Belə bir nəticəni gözləmirdim. Sadə səhvlər etdik və rəqib bizi cəzalandırdı. Avropa komandasına qarşı oynamaq futbolçularım üçün böyük təcrübə idi, lakin cəmi bir oyun keçirməyimiz bizi məyus etdi".
Oxşar xəbərlər
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb. Bu barədə BAKU.WS-ə Azərbaycan Cüdo Federasiyasın...