Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı - FOTO

Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı - FOTO
Foto
İdman 692
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən bildirilib.Verilən məlumata görə, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.Bu gün onlardan daha biri - Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb. İdmançımız birdən qaldırma hərəkətində 80 kq nəticə ilə 5-ci olub.Səbinə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 105 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.Yeniyetmələr arasında Avropa birinciliyinin üç qat qalibi olan Əzimova, ötən il Polşanın Zamots şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 100 kq nəticə ilə təkanla qaldırma hərəkətində gümüş medal qazanmışdı.Bu gün əldə edilən medal gənc ağır atletimizin son bir ildə ikinci medalı oldu.Toplam 185 kq (80+105) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yeri tutub.

Oxşar xəbərlər

Boksçumuzun biri finalda, digəri bürünc medalla kifayətləndi

Boksçumuzun biri finalda, digəri bürünc medalla kifayətləndi

Azərbaycan boksçusu Lorenzo Sotomayor "Minsk 2019" II Avropa Oyunlarını bürünc medalla başa vurub.BAKU.WS-in məlumatına görə, 69 kq çəki dərəcəsində döyüşən L.S...

712 İdman 18:55 28 iyun 2019

Son xəbərlər