Cüdoçumuz Avropa çempionu oldu

Cüdoçumuz Avropa çempionu oldu
İdman 3
Polşada yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.BAKU.WS xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov Litva, Portuqaliya, Rusiya, Ukrayna və Türkiyə cüdoçularını məğlub edərək Avropa çempionu adını qazanıb.Daha iki cüdoçumuz Polşada bürünc medala layiq görülüb. 55 kq çəki dərəcəsində yarışan Kamran Süleymanov və Nicat Məmmədli qitə birinciliyində 3-cü yeri tutub.Beləliklə, Azərbaycan cüdoçuları Avropa birinciliyinin ilk günündə 1 qızıl və 2 bürünc medal qazanıblar.Qeyd edək ki, Polşada qitənin ən nüfuzlu yarışında 39 ölkədən 431 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparır. Azərbaycanı yarışda 18 idmançı (10 oğlan, 8 qız) təmsil edir. Avropa birinciliyinə iyunun 30-da yekun vurulacaq.

Oxşar xəbərlər

Daha bir cüdoçumuz Avropa Oyunlarında medal qazanıb

Daha bir cüdoçumuz Avropa Oyunlarında medal qazanıb

Minskdə keçirilən ikinci Avropa Oyunlarında cüdoçuların fərdi yarışlarının sonuncu günündə Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşə çı...

380 İdman 19:05 24 iyun 2019

Son xəbərlər