"Sabah" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
Bu gün UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünə start veriləcək.
BAKU.WS xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Sabah" mübarizəyə doğma meydanda başlayacaq.
Ölkə çempionu I təsnifat mərhələsinin ilk oyununda Bakıda Uelsin TNS komandasını qəbul edəcək. Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı Polşa Futbol Federasiyasından FIFA dərəcəli baş hakim Patrik Qritskeviç idarə edəcək.
"Sabah"ın heyətində yalnız zədəli Xəyal Əliyev bu görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Ozuestri şəhərində təşkil olunacaq. Bu cütün qalibi II raundda "Vardar" (Şimali Makedoniya) - "KuPS" (Finlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Jorji Jezuş Portuqaliya millisinin baş məşqçisi olmağa yaxındır
Portuqaliya milli komandasının baş məşqçisi vəzifəsinə təcrübəli mütəxəssis Jorji Jezuşun təyin olunacağı gözlənilir. BAKU.WS xəbər verir ki, 71 yaşlı məşqçi il...