"Sabah" "Şamaxı"ya uduzub

"Sabah" Misli Premyer Liqasının XVIII turunda "Şamaxı"ya məğlub olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, oyun Şamaxı şəhər stadionunda keçirilib.
Qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib - 3:1
Bölgə təmsilçisində 23-cü dəqiqəxə Edqar Adilxanov, 55-ci dəqiqədə Belajdi Pusi, 62-ci dəqiqədə Leroy Mikels fərqləniblər. Paytaxt klubunda Pavol Safranko 38-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Şamaxı" 7-ci pilləyə yüksəlib. 26 xalı olan "bayquşlar" 5-ci sıradadır.
Qeyd edək ki, günün ikinci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. XVIII turun əvvəlki matçlarında "Zirə" səfərdə "Səbail"i məğlub edib - 1:0. "Turan Tovuz" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 1:1. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında isə qapılara qol vurulmayıb.
Oxşar xəbərlər
"Xankəndi" klubu XXI əsrin rekordunu təkrarlayıb
Azərbaycanın II Liqasının VI turunda "Araz Saatlı"nı 14:0 hesabı ilə məğlub edən "Xankəndi" klubu "Şəfa"nın 22 il əvvəl imza atdığı XXI əsrin rekordunu təkrarla...
