"Sabah" "Kəpəz"lə heç-heçə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XIII turunda "Sabah" "Kəpəz"lə heç-heçə edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb.
Hesabı qonaqlar açıb. 4-cü dəqiqədə Orxan Əliyev dəqiq zərbə müəllifi olub.
32-ci dəqiqədə o, növbəti dəfə adını tabloya yazdırıb. Lakin O. Əliyev bu dəfə avtoqol müəllifi olub. 73-cü dəqiqədə Kahim Parris "bayquşlar"ı hesabda irəli çıxarsa da, final fitinə 1 dəqiqə qalmış Nicat Süleymanov vurduğu qolla qərb təmsilçisini məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şamaxı" ilə (2:2), "Səbail" isə "Turan Tovuz"la (1:1) heç-heçə edib.
Oxşar xəbərlər
Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi"
"Azərbaycan Şahmat Turu" çərçivəsində keçirilən "Shirvan Open 2026" beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli üçün son tur çox çətin keçib. BAKU.WS...